Fransada qızılca epidemiyası yayılıb, bir nəfər ölüb

Fransada qızılca epidemiyası yayılıb, bir nəfər ölüb
  • DÜNYA

 Fransanın Yeni Akvitaniya regionunda yayılan qızılca epidemiyası səbəbilə bir nəfər ölüb, 200 nəfərdən çox şəxs isə bu virusa yoluxub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "France 3 Nouvelle Aquitaine" telekanalı 2017-ci ilin noyabrından etibarən epidemiyanın 213 adama təsir etdiyini, Puatye xəstəxanasında bir xəstənin öldüyünü məlumat verib.
Bildirilib ki, 57 nəfər - xəstəliyə yoluxanların, demək olar ki, dörddə biri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin yayılmasının qarşısının alınması üçün əsas amil peyvənddir.
 
Aktual.az
Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR