Fotoqrafların nəzərinə - Yeni fotomüsabiqə elan edildi

Fotoqrafların nəzərinə   - Yeni fotomüsabiqə elan edildi

““Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində foto müsabiqə həyata keçirilir. 

Aktual.az  xəbər verir ki, layihənin məqsədi Azərbaycana gələn turistlərdə ölkə haqqında tam, dolğun fikir formalaşdırmaqdan, Azərbaycan turizminin inkişafına dəstək verməkdən, Azərbaycana turist axınına yardım etməkdən, ölkənin ekologiyasını, mədəniyyətini, bütün mənəvi dəyərlərini dünyaya lazımınca tanıtmaqdan ötrü qədim və müasir ən yaxşı memarlıq abidələrinin, incəsənətinin, mədəniyyətinin, təbiətinin gözəl guşələrinin, yeni səhiyyə və turizm obyektlərinin fotoşəkillərini kataloq halına salıb dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. 

Fotomüsabiqədə iştirak etmək istəyən fotoqraflar işin məğzi barəsində tapşırıqların verilməsi məqsədi ilə 01.06.2016-cı il tarixində bir günlük təlimə cəlb olunacaq. Müsabiqə zamanı fotoqrafların təqdim etdikləri fotoların içərisindən layihə heyəti (ekspertlər) tərəfindən lazımi materiallar seçilərək “Yeni Azərbaycan” adlı kataloqa daxil ediləcək və əldə olunmuş şəkillərdən hazırlanmış fotolardan sərgi təşkil olunacaq. Sərgidə əvvəlcədən ekspertlər tərəfindən müəyyənləşdirilmiş qaliblərə mükafatlar və diplomlar təqdim olunacaq. 

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı Müsabiqədə iştirak etmək istəyənlər 25 may 2016-cı il tarixədək (051) 291-72-25, (012) 563-25-30 telefon nömrələrinə zəng edə və ya [email protected] elektron ünvanına, eləcə də Facebook: "Dtid İctimai Birlik" səhifəsinə müraciət edə bilərlər.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR