“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv edildi

“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv edildi

Bakıda keçirilən "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

Aktual.az  BNA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

"Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 ("Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR