Formula 1 Azərbaycan Qran Prisinə nə qədər bilet satılıb?

Formula 1 Azərbaycan Qran Prisinə nə qədər bilet satılıb?

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  verilən məlumata görə, paytaxtda bu həftəsonu baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərin əksəriyyəti satılıb. 

Son məlumata əsasən, Filarmoniya, İçərişəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının "B" və "C" sektorlarına biletlərin hamısı satılıb. Qalan tribunalar üçün biletlər də artıq satılıb qurtarmaq üzrədir.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilirib ki, son günlər yerli tamaşaçılar yarışa böyük maraq göstərir: "Hər il olduğu kimi bu il də yarışa yaxınlaşdıqca bilet alanlar arasında yerli Formula 1 həvəskarları üstünlük təşkil edir. Eyni zamanda biz bu il yarışa həm beynəlxalq, həm də yerli səviyyədə daha böyük maraq müşahidə edirik. Şübhəsiz, bunda Bakı Şəhər Halqasının möhtəşəm F1 yarışlarına ev sahibliyi etməsi ilə yanaşı, burada tamaşaçılar üçün müxtəlif zövqlərə xitab edən çoxsaylı əyləncə və konsert proqramının olmasının böyük rolu var. Ümid edirik ki, Bakı bu il də möhtəşəm yarış və əyləncəyə səhnə olaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək".
Qeyd edək ki, indiyədək Azərbaycan Qran Prisinə satıılan biletlərin 45%-i xarici ölkələrin payına düşür. Ümumilikdə 68 ölkədən bilet alınıb. Onların arasında ölk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.
 
Aktual.az
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR