"Fitch" Azərbaycanın reytinqini sabit saxladı


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" investisiya səviyyəsində saxlayıb. Reytinq üzrə proqnoz "mənfidir".

"Report" xəbər verir ki, bu barədə agentliyin press-relizində bildirilir.
Neftdən əldə edilən yüksək gəlir sayəsində ölkədə dövlət borcunun aşağı olduğu vurğulanan açıqlamada, iqtisadiyyatın karbohidrogen sektorundan asılılığının yüksək, bank sektorunun isə zəif olduğu qeyd edilib.
Açıqlamada, Azərbaycanın reytinq mənzərəsinin mənfi olması ilə bağlı da makroiqtisadi və maliyyə sektordakı aktlar ilə əlaqədar olan risklərə və qeyri-müəyyənliklərə işarə edilib.
 
Aktual.az
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR