Fikrət Qocanın oğlunu öldürənlərə hökm oxundu

Fikrət Qocanın oğlunu öldürənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanınoğlunun qətlində təqsirləndirilən Elnur Nəhmətov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovuncinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovunsədrlik etdiyi iclasda E. Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib.
P. Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib.
R. Məmmədov son söz deməkdən imtina edib.
Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib. 


Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR