FHN xəstəxanada baş verən yanğınla bağlı məlumat yaydı

FHN xəstəxanada baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Aktual.az FHN-nin saytına istinadən xəbər verir ki, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​
 

Aktual.az

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR