FHN Lənkərandakı yanğınla bağlı məlumat yaydı

FHN Lənkərandakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Aktual.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Separadi kəndində yanacaqd oldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb. Yanğın yanğın bölmələri çatana kimi söndürülmüşdür. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR