FHN “Four Seasons Hotel Baku”da təlim keçirəcək

FHN “Four Seasons Hotel Baku”da təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti sabah səhər saat 06:00-dan 07:30-dək Səbail rayonu, Neftçilər prospekti, 77/79 ünvanında yerləşən "Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, təlimin keçirilməsində məqsəd mümkün yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərinin vəzifələrini yerinə yetirməsini və məlumatların ötürülmə ardıcıllığını, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkil edilməsini, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsini, rabitə işinin təşkilini, otel personalı və qonaqların təxliyyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətməkdir.
 
Aktual.az
Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR