Fəxrəddin Manafov üçün özəl gün - FOTO

Fəxrəddin Manafov üçün özəl gün   - FOTO

Bu gün Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. 

Aktual.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor 61 yaşını qeyd edir. 

F.Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub.

Xəbər 2061 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR