Fəvvarələr meydanında Novruz festivalı keçiriləcək

Fəvvarələr meydanında Novruz festivalı keçiriləcək

20-25 mart tarixlərində Fəvvarələr meydanında Novruz festivalı keçiriləcək

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər də iştirak edəcək.
Eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkalıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər.
Meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.
Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR