Fərid Cəfərov: "Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm"

Fərid Cəfərov:

Bu gün Rusiyanın bəzi KİV-lərində "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərova istinadən SOCAR-ın Rusiyanın "Qazprom" şirkətindən 5 mlrd. kubmetrədək qaz almaqla bağlı danışıqlar apardığı barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Fərid Cəfərov "Report”a bildirib ki, yayılan xəbər yanlışdır. 
Hazırda Moskvada konfransda olduğunu bildirən Fərid Cəfərov deyib ki, ona sualla yaxınlaşan jurnalistlərə hazırda "Polymer" zavodunun tikintisi ilə məşğul olduğunu, qaz danışıqları barədə məlumatsız olduğunu deyib: "Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm”.

Aktual.az
Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR