Fəhlə iş zamanı öldü

Fəhlə iş zamanı öldü

Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədənb xəsarətləri alıb. yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Onun meyiti müayinə oluynmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlkı araşdırmalara başlanılıb.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR