Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü - Bakıda

Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü   - Bakıda

Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.

Yaralı əməliyyat zamanı dünyasını dəyişib.

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR