FED-dən önəmli açıqlamalar gözlənilir

FED-dən önəmli açıqlamalar gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlamaları gözlənilir.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, son iclasda FED balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib. Analitiklər bu gün axşam bu barədə məlumat veriləcəyini gözləyirlər. Xatırladaq ki, iyunun 13-14-də keçirilən iclasda FED uçot dərəcəsini 1-1,25%-ə yüksəldib.

Bununla yanaşı, FED-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir. İnvestorlar FED-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsini isə dekabrda yüksəldəcəyini gözləyirlər. Hazırda fyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin, investorların diqqəti FED-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək.

FED-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.
 
Aktual.az 
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR