“Facebook” Moskva meriyasının Departamentini blokladı

“Facebook” Moskva meriyasının Departamentini blokladı

Aprelin 3-də "Facebook" şirkəti tərəfindən bu sosial şəbəkədə 138 şəxsi səhifə və 70 qrup, "Instagram"da isə 65 səhifə "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinə aid olmaları səbəbi ilə bloklanıb. 

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bloklananlar arasında Moskva meriyasının İqtisadi Siyasət və İnkişaf Departamentinin səhifəsi də var. Departamentin təmsilçisi faktı təsdiqləyib. "Sosial şəbəkə administrasiyasının addımı anlaşılmazdır. Hazırda biz onlara sorğu ilə müraciət edərək blokun səbəbini aydınlaşdırmağa çalışırıq", - deyə o, söyləyib. Səhifənin 6,5 min izləyicisi olub.
Güman edilir ki, bloklanmanın səbəbi Departamentə SMM (Sosial media marketinqi) xidmətlərini "trol fabriki"nin ABŞ tərəfindən seçkilərə müdaxilədə ittiham olunan 13 əməkdaşından biri olan Qleb Vasilçenkonun göstərməsi ola bilər. Q. Vasilçenko bu barədə suala cavab verməyib. O, daha əvvəl "trol fabriki"ndə çalışdığını inkar etsə də, sabiq həmkarı Vasilçenkonun doğrudan da orada bir müddət fəaliyyət göstərdiyini söyləyib. Şəhər rəhbərliyindən isə bu şəxsin meriyada çalışmadığı deyilib. 
 
Aktual.az
Xəbər 1170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR