“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

"Facebook" şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, şirkətin bəyanatında deyilir: "Biz məhsullar hazırlamaq üçün xəbər təşkilatları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmli dövrdə məlumatlı oxucu olmaq üçün insanlara gərəkli bilikləri necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik".
 
Layihənin bəyan edilən istiqamətləri arasında birgə xəbər məhsullarının hazırlanması, həm jurnalistlər, həm də bütün istifadəçilər üçün treninqlər və alətlər yer alıb.
 
Layihənin istifadəyə verilməsi "Facebook"un saxta xəbərlərlə mübarizə proqramının tərkib hissəsidir.
 
Xatırladaq ki, yalan xəbərlər probleminə diqqətin artırılmasına səbəb ABŞ-da keçirilən prezident seçkiləri olub. Seçkilər başa çatdıqdan sonra bir çoxları "Facebook"u səsvermənin nəticəsinə təsir göstərən çoxlu yalan xəbərlər yaymaqda təqsirləndirib.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR