Eyfel qülləsinin işıqları söndürüldü

Eyfel qülləsinin işıqları söndürüldü

Parisdə London terrorunun qurbanlarının xatirəsini yad etmək üçün Eyfel qülləsinin işıqları söndürülüb.

Aznews.az xəbər verir ki, Fransanın paytaxtında London terrorunun qurbanlarını yad etmək üçün Eyfel qülləsinin işıqları söndürülüb.

Xatırladaq ki, 22 mart tarixində Londonun Vestminister körpüsündə şəxsiyyəti açıqlanmayan bir nəfər avtomobili insanların üzərinə sürüb. Daha sonra avtomobildən enən şəxs bıçaqla insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 4 nəfər ölüb, 40 nəfər yaralanıb.
 
Aktual.az
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR