"Ey Vətən" Zəngilanda 100.5 FM-də: “Böyük arzum reallaşdı” (VİDEO)


"Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyacanlıyam. Mənim üçün çox böyük şərəf və qürurverici bir andır”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni İlhamə Qasımova Prezident İlham Əliyevin Zəngilanda səfərdə olarkən FM tezliyinin (100.5) radiosunda "Ey Vətən" mahnısını dinləməsindən danışarkən deyib. Sənətçi buna görə Azərbaycan radiosuna təşəkkür edib:

"28 ildir işğal altında olan torpaqlarımız şükürlər olsun ki, ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində işğaldan azad edildi. İllərdir həsrətində olduğumuz torpaqlarımıza nəhayət ki, qayıtdıq. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da minnətdarlığımı bildirirəm. Onun qayğısı hər zaman şəhid ailələrinin və qazilərin üzərindədir. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, radio dalğalarında "Ey Vətən" mahnımı səsləndirirsiniz. Bu mahnı 2006-2007-ci illərdə ərsəyə gələrkən böyük arzum olub ki, inşallah torpaqlarımız işğaldan azad olunanda orada konsert proqramı ilə "Ey Vətən"i səsləndirim. Və dünən birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Qarabağın gözəl güşələrini çəkərkən fonda radioda mənim mahnımın səslənməsi ilə illər öncəki böyük arzumun reallaşdığına bir daha şahid oldum. Mən "Ey Vətən"i Qarabağda oxumuş oldum. Əziz Qarabağ, Ey Vətən, sən azadsan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Zəngilanda səfərdə olarkən FM tezliyinin (100.5) radiosunda "Ey Vətən" mahnısını dinləyib. Mahnı müğənni İlhamə Qasımovanın ifasında səslənir.

Xatırladaq ki,100.5 tezliyi Bakıda "Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik "Azərbaycan radiosu”nundur.

Xəbər 1420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR