“Exchange”lər yenidən bərpa olunur

“Exchange”lər yenidən bərpa olunur

2015-ci ildə baş verən devalvasiyadan dərhal sonra ləğv olunan "Exchange”lər yenidən bərpa olunacaq

Fins.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bank və hökumət təkliflər üzərində işləyir. Tezliklə Azərbaycanda Türkiyə "döviz bürosu təcrübəsi”nin tətbiq edilməsi gözlənilir.

Məsələ ilə bağlı Azərbaycanda Risk Peşəkarları Assosasiyasının risk peşəkarları qrupunun rəhbəri Elman Sadiqov fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, "exchange”lərin ləğvi devalvasiyadan sonra Azərbyacandan külli miqdarda valyuta axınının baş verməsi ilə bağlı idi.

Hökumət valyuta axınını saxlamaq üçün əvvəlcə dollar satışında önə keçən "exchange”ləri bağlamaq məcburiyyətində qaldı. Hazırda ölkədə bank şöbələrinə "exchange” fəaliyyəti göstərmək hüququ verilib. Lakin bu şöbələrin hamısı həftənin 7 günü 24 saat ərzində işləmədiyindən mübadilə əməliyyatları ilə bağlı problemlər yaranır. Xüsusilə də bundan Azərbaycana gələn turistlər əziyyət çəkir.

Ekspert əlavə edib ki, digər tərəfdən "exchange”lərin ləğv edilməsi qeyri-leqal "qara bazarı” formalaşdırdı və müəyyən dövrlərdə bu bazar monetar siyasətin formalaşmasına, həyata keçirilməsinə böyük maneələr törətdi.
"Exchange” nə zaman fəaliyyətinə başlamasına gəlincə, E.Sadiqov bunun mövcud vəziyyətə bağlı olduğunu deyib: "Dünyanın hər yerində "Exchange”lər fəaliyyət göstərir. Azərbaycanda da mütləq olacaqdır. Yeganə amil vaxt məsələsidir. "Exchange”lərin fəaliyyətlərinin bərpa edilməsi valyuta bazarında stabilliyin yaranması və manatın dollar qarşısında öz real dəyərini tapmasından asılıdır”.
 
Aktual.az
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR