Evlərlə bağlı sərəncam daha tez veriləcək

Evlərlə bağlı sərəncam daha tez veriləcək

Azərbaycan Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Mülki Məcəlləyə dəyişiklik 148.2.1-ci maddənin əlavə olunmasını nəzərdə tutur. Yeni maddəyə əsasən, hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna da eyni məzmunlu dəyişiklik edilir (5.1.2-ci maddə).
Qeyd edək ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihələri daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə daşınmaz əmlakın dövlət reyestri "Elektron hökumət” portalına inteqrasiya olunacaq, hüquq sahibinin istəyi olduqda (məsələn, hüquq sahibi tərəfindən daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış təqdim edilmədikdə) notarius və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs həmin portal vasitəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində özü əldə edəcək, bununla da daşınmaz əmlak üzərində sərəncam verilməsi daha operativ həyata keçiriləcək.
 
Aktual.az
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR