Evdə qaz sızması partlayışa səbəb oldu – Ana və oğlu xəsarət alıb

Evdə qaz sızması partlayışa səbəb oldu – Ana və oğlu xəsarət alıb

Şəmkirdə yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.
Partlayış zamanı digər otağın döşəməsi qalxıb və qadının orada yatan 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.
Qaz xəttində nasazlıq olması barədə əvvəlcədən xəbərdarlıq olunub, əraziyə xəbərdarlıq nişanı qoyulub.
 
Aktual.az
Xəbər 26 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR