Ev telefonları ilə bağlı YENİLİK

Ev telefonları ilə bağlı YENİLİK

"Ultel" MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq:

"Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək".
Qeyd edək ki, abunəçinin operatorla müqavilələri mütəmadi olaraq yeniləməsi barədə qaydalar 2016-cı il noyabrın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ləğv olunmuşdu.
 
Aktual.az
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR