"Eurovision"da 2-ci yarımfinal həyəcanı


Bu gün Stokholmda "Eurovision - 2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımfinal saat 23:00-da İctimai TV-də canlı yayımlanacaq.

Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika final üçün mübarizə aparacaqlar.

Xatırladaq ki, artıq birinci yarımfinal baş tutub, 10 ölkə finala vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli final gecəsinin birinci hissəsində "Globen-Arena"da çıxış edəcək.

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.

Xəbər 733 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR