“Eurovision” təmsilçimiz məlum oldu - FOTO+VİDEO

“Eurovision” təmsilçimiz məlum oldu - FOTO+VİDEO

Azərbaycanı "Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib.

Aktual.az
-ın İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən məlumatına görə, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib.
Beləliklə, gələn il Portuqaliyada keçirilən beynəlxalq mahnı müsabiqəsində ölkəmizi Aysel Məmmədova adlı ifaçı təmsil edəcək.
Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.







Xəbər 1098 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR