“Eurovision - 2018”-in keçiriləcəyi tarix və şəhər bəlli oldu

“Eurovision - 2018”-in keçiriləcəyi tarix və şəhər bəlli oldu

"Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu müsabiqənin ev sahibi seçib. 

Müsabiqənin "Twitter”dəki rəsmi səhifəsində tədbirə həsr olunmuş videoçarx da dərc edilib.

Bundan başqa, müsabiqəsinin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision - 2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR