“Etika - Media Məktəbi”nə start verildi — 100 gəncə təlim keçiriləcək

“Etika - Media Məktəbi”nə start verildi — 100 gəncə təlim keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib gələrək maliyyələşdirdiyi, Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin təşkilatçı qismində iştirak etdiyi "Etika - Media Məktəbi” layihəsinə start verilib. 

Layihə koordinatoru Nailə Qasımovanın sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan mediasında yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır.

"Jurnalistikanın əsas məqsədi vətəndaşların cəmiyyətdə fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Güclü Media cəmiyyətdə maarifləndirmə işini irəliyə aparır və dayanıqlı inkişafı sürətləndirir. Medianın güclü olması jurnalistlərin öz işlərində peşəkar bacarıqlara və ümumi standartlara nə dərəcədə yiyələnmələrindən asılıdır. 

Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsindəki uğurları ölkədə internet istifadəçilərinin sayını artırmış, yeni saytların və internet portallarının meydana çıxmasına geniş şərait yaratmışdır. Hazırda gənclərin çoxu müxtəlif saytlarda çalışır və jurnalistika fəaliyyəti ilə məşğul olurlar”, - deyə Qasımova bildirib.

O qeyd edib ki, "Etika - Media Məktəbi” layihəsi aprel və iyul aylarında Gəncə, Mingəçevir və Yevlax şəhərlərindən 100 nəfər gəncin cəlb edilməsi ilə təşkil olunacaq. Bundan başqa müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlər vasitəsi ilə jurnalistikaya dair müasir  bilik və bacarıqlar öyrədiləcək. Üç ay davam edəcək layihə boyunca iştirakçılar həmçinin tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarında təşkil olunan turlara da qatılmaq imkanı əldə edəcəklər. 

Layihədə iştirak etmək üçün əlaqə saxlaya bilərsiniz: 

Telefon: (012) 436 49 67
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR