Etika Akademiyasından yenilik

Etika Akademiyasından yenilik

Etika Akademiyası  məktəbəqədər yeni tədris metodu təqdim edir.
 
Akademiyada 5-7 yaş həddində uşaqlar məktəbə, liseylərə hazırlaşmaq üçün tamamilə yeni ve 100 % effektiv  üsulla tanış olacaqlar. Onların bu effektiv üsulla peşəkar, xaricdə təhsil almış məşqçilər vasitəsilə ana dili, məntiq, riyaziyyat,  təbiət elmlərini əyləncəli virtual reallıq görüntüləri ilə öyrədilməsi nəzərdə tutulmuşdur.. ​​​​​Ənənəvi tədris metodundan fərqli olaraq bu cur tədris daha sürətlə və yaxşı yadda qalır. Standart fənlərlə yanaşı Etika Akademiyası  bu proqrama ingilis dili, etiket və aşpazlıq fənlərini də əlavə edib . Yəni həftənin 4 günü uşaqlar sürətlə  ən çətin aşılanan mövzuları xüsusi yüksək effektiv və rəngarəng görüntülərlə  Etika Akademiyasında öyrənəcəklər . İngiltərənin 50 dən artıq məktəbi artıq bu sistemlə çətin fənləri şagirdlərə daha asan öyrədə bilirlər. ​​​​​​​​​​Eyni zamanda Etika  Akademiyası Virtual və Argumental Reallıqları ən yüksək səviyyədə yarada bilən London və Türkiyə şirkəti ilə əməkdaşlıq edərək AR Təhsil Nazirliyinin  təsdiqlədiyi  tədris metodu ilə  virtual görüntüləri hazırlamışdır.  Məsələn, əgər heyvanlar aləmindən danışırıqsa, şagirdlər məlumat aldıqdan sonra gözlükləri taxaraq  filləri, atları, delfinləri reallıq qədər  yaxın görəcəklər. Planetləri, ayı  astranavtlar qədər rahatlıqla gəzərək öyrənmək mümkündür. Bu metodla məlumatı  vizuallaşdıranda onu unutmaq mümkün deyil, yaratdığı emosiyalar və həqiqət yaddaşlara həmişəlik həkk olunur. ​​​​​​Tədris fevral ayının 5 dən etibarən başlayır. Qeydiyyat artıq başlamışdır. Sinifdə cəmi 6 -10 nəfər ola bilər. Yerlər məhduddur. Ümumilikdə 4 növbə və 40 şagird əhatə etmək mümkündür.  Elanlar Cinema Plus kinoteatrlarında yayımlanır.​​​​​​​​​​​Qeyd edək ki, Etika Akademiyası Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən fərdi inkişaf mərkəzidir

Əlavə olaraq isə məlumatı Etika Akademiyasının sosial şəbəklərindən  ala bilərlər.

Lalə Mehdiyeva
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR