Etibar Nəcəfov: "Multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb"

Etibar Nəcəfov:

 "Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb. Amma Azərbaycan bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib". 

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib. 
Şöbə müdiri deyib ki, bunun əsas göstəricisi Azərbaycanda etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır: "Azərbaycan Respublikası, hətta multikulturalizm siyasətinin meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir”.
E.Nəcəfov vurğulayıb ki, Azərbaycanda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə tənzimlənir.
 
Aktual.az
Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR