“Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir” - Prezident

“Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir” - Prezident

"Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
"Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilib. Baxmayaraq ki, "Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilib. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və "Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”,-Dövlət başçısı qeyd edib.
İlham Əliyev bildirib ki, digər nəhəng layihə Cənub Qaz Dəhlizi layihəsidir. "Bu istiqamətdə də işlər yaxşı gedir. "Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilib. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir”,- deyəAzərbaycan Prezidenti əlavə edib.

Aktual.az 
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR