Eşq səfəri

Eşq səfəri

Eşq səfəri
 
Mətləbə keşməmişdən öncə "Əsr" surəsindəki ayələrə toxunmaq istərdim.

  Birinci ayədə Allahın əsrə and içdiyini görürük."Əsr" kəlməsini alimlər müxtəlif mənalarla yozublar. Bəziləri bunun Rəsulallahın s. dövrünə təsadüf etdiyini qeyd edir. Zülmət içərisində olan bir cəmiyyətin haqqa,hidayətə tərəf çağrıdığı bir dövr. Bəziləri məsumlardan nəql olunan hədislərə əsasən bunun İmam Məhdinin ə.f. dövrünə təsadüf etdiyini qeyd edir. Yəni zülmət işərisində olan cəmiyyətin haqqa tərəf yönəldilməsi, haqqın bərqərar olacağı bir dövr, bir əsr. Bəziləri isə "Əsr"-in leksik mənasına əsaslanaraq "sıxmaq" kimi mənalandırır. Yəni insanın hidayətinə, kamilləşməsinə səbəb olan sıxmaq. Atalar demişkən :"çəkişməsən bərkişməssən". Qurani kərimdə buyrulur:" həqiqətən biz insanı məşəqqətdə yaratdıq". İnsan çətinlik yolu ilə bərkiyər. Qurani kərimdə buyrulur: "hər bir çətinlikdən sonra mütləq bir asanlıq vardır". Çətinlik yolu ilə dost düşməndən,güclü gücsüzdən seçilir.
İkinci ayədə Allah taala buyurur: "həqiqətən də insan mütləq olaraq ziyan içərisindədir".Sosial, ailə, iqtisadi,siyasi, şəhvani, maddi və mənəvi  sıxıntı və müşküllər insanı əhatə etməkdədir.Bir çox hallarda bu sıxıntılarla yüklənmiş insan dözümsüzlük nümayiş elətdirir. İradə zəifliyi, alternatıv yolların yoxluğundan ümidsizliyə qapanaraq rahat çıxış yolunu intiharda görür.Amma insanın ümidsizliyi intihardan da böyük günah olduğunu unudur. Allahın rəsulu s. buyurur: "Allah dərgahında bağışlanmayan iki günah vardır. Biri Allaha qoşulan şəriklik digəri isə bəndənin Allaha olan ümidsizliyidir". Yəni "Rəhmətimin genişliyi, ehtiyaclıların pənahı Olduğum təqdirdə Məndən niyə ümidsizsən? Axı Mən hər kəsə Yetərəm. Sadəcə Mənə pənah gətirin. Mənə pənah gətirənləri naümid qaytarmaram" deyə buyrulmuşdur.
 Üçüncü ayədə Xaliq bizlərin ilahi dərgahına və qapının necə döyülməsini izah edir: "iman gətirib əməli saleh olan kəslərdən başqa". Yəni zərər və ümidsizlikdən ancaq İman gətirən və əməl edən kəslər nicat tapa bilər. 
İman -inanc deməkdir. Hər bir kəs daxilində nəyəsə inanc hissi ilə yaşayır. Çünki insanın xəmri bu cür yoğrulmuşdur. Qədimdən bu günə kimi bunları müşahidə etmək olar. İnsanların daim həyata stimul verən, ona arxa çıxan, çıxılmaz anlarda ehtiyacsız bir qapıya üz gətirməsinə ehtiyacı var. Elə bir kəski tükənməz enerji mənbəyi olsun. Və O kəs Allahdır. Hər şeyə qadir olan,ümidsizə ümid verəndir. Bir çox hallarda insanlar inanclarını səhv istiqamətə kökləyirlər. Çünki insan maddi bir varlıqdır, maddi olan bir kəs də öz ehtiyaclarının ödənməsini maddi aləmdə axtarır. Buna Musanın ə. əhvalatını misal çəkmək olar. Musa ə.tur dağına Allahla münacata çəkildiyi zaman, onun qövmü Musanın ə.yoxluğundan buzova sitayiş etdilər. Dedilər: "Musa ə. yoxdur, gələnə kimi bir məbud düzəldək və ona sitayiş edək". Onların inancı maddi olduğu üçün hər bir şeyi ilahiləşdirmək onlar üçün qaçılmaz idi. İlahi inanc əqlin çərçivəsində qəbul olunmalı və Allah əqlin vasitəsi ilə dərk olunmalıdır. Əql vasitəsi ilə Allahı dərk etsək cəhənnəm qorxusu, cənnət arzusu, namaz sevgisi, ədalət istəyi bizə hakim olar. Bu səbəbdən dünyada insanlığın düşmənləri, tamahkir, şəhvət pərəstlər, həyatın yalnız bu dünyadan ibarət olduğunu zənn edənlər insanların inancını, pənah yerini oğurlamağa çalışmış.

Rus yazıçısı demişdir: " Mən çoxlu kitablar oxudum və başa düşdüm ki, bir milləti çökdürmək istəsən onun inamını oğurla". Bəli,ən böyük oğrular da iman oğrularıdır. Niyəsinə Qurani kərimdə cavab verilir: "namaz qılın ki,namaz sizi pisliklərdən çəkindirsin". Demir ki,pisliklərdən çəkinib sonra namaz qılın. Allah deyir oruc tutun. Niyəsinə də cavab verir: "fizioloji və mənəvi aləminizi təmizləsin". Qeybət etmə, yalan danışma, böhtan atma, zəkat və sədəqə ver deyir. Niyəsi də, "özünə verdiyin dəyəri digərinə də ver. Özünə rəva bildiyini, digərinə də bil."
  Ardınca Allah bizlər bu iki məsələni dərk etdikdən sonra deyir: haqqı və səbri tövsiyyə et". Yəni bəhrələndiyin enerji mənbəsindən, faydalandığın qidadan digərinə də istiqamət ver.Yönəlt ki eqoist olmayasan. Özündən başqa digərini də düşünəsən.
Bu səbəbə "Eşq səfərindən" bir neçə mətləbi nəzərinizə çatdırmağı borc bildim.
 Rəcəb ayının ilk günlərini yaşayırıq. Rəcəb Peyğəmbər s. və Əhli-Beytdən ə. nəql olunan hədislərə əsasən cənnətdə bir çayın adıdır. Bu ay Allah Rəsulunun s. buyurduğuna əsasən Allahın ayı olaraq adlandırılmlşdır. Bu ay şaban və ramazan ayları üçün hazırlıq mərhələsini daşıyır.Yəni, Ey eşq səfərinin yolçuları, mənzilə salamat çatmaq istəyirsiz, ramazan ayının ziyafət süfrəsindən bəhrələnmək istəyirsiz? Elə isə hazır olun. Mən o ziyafət, rəhmət və Allah aşiqlərinin miniyiyəm. Mən istiğfar ayıyam(rəcəb ayının dilindən). İstiğfar yəni tövbə, yəni Allahdan bağışlanma diləmək.Tök günahla olan yükünü, pakla qəlbini, nələr etdiyini etiraf et, utanma, qorxma və çəkinmə. Bir sənsən birdə Mən.Təkəbbürlüynü, qürurunu qoy kənara. Səmimi ol,ixlasla Məndən bağışlanma dilə. Aşiqlə məşuq ol.
Oruc tut. Oruc tut ki nəfsini adət etdiyin vərdişlərdən pəhriz edəsən. Dilini, qulağını, gözünü sənin ziyanına olan maddi ünsürlərdən qoru. O ünsürlər səni Məni dərk etməkdən çəkindirir. Dözümlü ol, iradəli ol, çünki səfərimiz uzundur. Məni dərk etmək istəyirsən? Gərək ibadətinə diqqət edəsən. Qurani kərim buyurur: "Ey Musa! Məni yalnız Mənə ibadət edənlər dərk edə bilərlər". Elə isə vaxt itirmədən bu şərafətli karvanına qoşul. Bilirsiz bu eşq karvanının  aşiqlərini necə adlandırırlar? Rəcəbiyyun-yəni Rəcəblilər.Ey Rəcəblilər, rəcəb ayınız mübarək olsun!

Al-Mustafa Beynəlxalq Universitetinin məzunu Elnur Əlioğlu               
Xəbər 1045 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR