Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi
  • DÜNYA

Bu gün səhər saatlarında İraq silahlı qüvvələri İŞİD-in nəzarətindəki son bölgə olan Ravaya üç istiqamətdən hücuma keçib.
 
AzərTAc xəbər verir ki, hökumət qoşunlarının və yerli tayfalardan olan döyüşçülərin apardığı əməliyyata koalisiya təyyarələri havadan dəstək verir.
İraqın qərbində yerləşən Rava 2014-cü ildən İŞİD-in əlində saxladığı son bölgə hesab olunur. Noyabrın 3-də ordu bölmələri və şiə könüllüləri Ravanın yaxınlığında yerləşən Əl-Qaim inzibati dairəsini nəzarətə götürmüşdülər. İraqın baş naziri Heydər əl-Abadi Rava və Əl-Qaim şəhərlərini terrorçuların ölkədəki son dayaq məntəqələri adlandırıb. Bu ərazilər Suriya ilə sərhədin yaxınlığında yerləşir.
Başda ABŞ olmaqla, beynəlxalq koalisiyanın hesablamasına görə, terrorçular Suriya və İraqda ələ keçirdikləri ərazilərin 95 faizini itiriblər. İŞİD "xilafəti”nin mövcudluğuna isə ilin sonunadək son qoyulacaq.
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR