Ermənistanla diplomatik əlaqə qurmayan ölkələr - SİYAHI

Ermənistanla diplomatik əlaqə qurmayan ölkələr - SİYAHI

Ermənistan BMT-nin üzvü olan 178 ölkə, eləcə də BMT müşahidəçiləri ilə diplomatik əlaqələr qurub. İndiyədək bu ölkədə 110 səfir, 26 beynəlxalq təşkilatın nümayəndəsi, 1 baş konsul, 34 fəxri konsul akkreditə olunub. Eyni zamanda Ermənistanın 73 ölkədə akkreditə olunmuş 43 səfiri, 22 beynəlxalq təşkilatda daimi nümayəndələri, 9 baş konsulluğu, konsulluq idarəsi və 39 fəxri konsulluğu fəaliyyət göstərir.

Amma bununla bərabər Ermənistanla diplomatik əlaqə qurmayan ölkələr də mövcuddur. Hazırda 17 ölkənin Ermənistanla diplomatik əlaqələri yoxdur. 

HİT.az modern.az-a istinadən İrəvanla diplomatik təmasda olmayan ölkələrlə bağlı məlumatları təqdim edir: 

Azərbaycan 

30 il erməni işğalına məruz qalan Azərbaycanın Ermənistanla diplomatik münasibətləri yoxdur. Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr qurulmayıb.

Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirib. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edilib. Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılıb.

1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozub. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş ərazilərini azad edib.

2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlanıb. Hazırda əsas məsələ iki ölkə arasında sərhədlərin müəyyən edilməsidir. Tərəflər arasında bir neçə dəfə görüşlər keçirilsə də, iki ölkə arasında diplomatik əlaqələr bərpa edilməyib.

Türkiyə

Ermənistanla Türkiyə arasında da diplomatik əlaqələr kəsilib. Sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi, Ermənistanın qondarma soyqırımı və torpaq iddiası səbəb olub.

Pakistan

Bundan başqa, Pakistan və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. Bunun əsas səbəbi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsi olub. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan dırnaqarası erməni soyqırımını tanımır. Pakistan İkinci Qarabağ müharibəsi dövründə və sonrakı proseslərdə Azərbaycanı dəstəkləyən ölkələrdəndir.

Bildiyimiz kimi, Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. İrəvan Kəşmir problemində Hindistanın mövqeyini dəstəkləyir və Pakistan əleyhinə siyasi xətt yürüdür. Bu mənada Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Rəsmi İslamabad bu addımı Qarabağ məsələsində Azərbaycana dəstək məqsədilə atdığını dəfələrlə bəyan edib.

Səudiyyə Ərəbistanı

Pakistanla yanaşı, Səudiyyə Ərəbistanının da Ermənistanla diplomatik təmasları yoxdur. Azərbaycanla dostluq münasibətində olan Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib.  

Eyni zamanda, Barbados, Botsvana, Yəmən, Kiribati, Lesoto, Marşal Adaları, Papua, Yeni Qvineya, Samoa, Sao Tome və Prinsipi, Solomon Adaları, Tonqa, Trinidad və Tobaqo və Cənubi Sudan Ermənistanla diplomatik əlaqələr qurmayıb. 
Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR