Ermənistanın yeni rəhbərinin adı bu tarixdə bəlli olacaq

Ermənistanın yeni rəhbərinin adı bu tarixdə bəlli olacaq

Aprelin 17-də Ermənistan parlamentində baş nazirin seçilməsi üçün səsvermə keçiriləcək.

Modern.az Ermənistanın "Joxovurd” qəzetinə istinadən xəbər verir ki, qəzet seçkilərdə hakimiyyətlə sıx əlaqədə olsa da, müxalifət partiyası kimi qələmə verilən "Tsarukyan” blokunun özünü necə aparacağı ilə bağlı sual edir. Çünki baş nazir seçkiləri açıq keçiriləcək və deputatların kimə səs verdiyi ictimaiyyətə açıq olacaq.
 
"Prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində səsvermə açıq keçiriləcək. Bundan başqa, prezident üçün deputatların 53 hissəsi səs verməli idisə, baş nazir seçmək üçün sadəcə ümumi deputatların yarısından çoxunun dəstəyini almaq kifayət edir. Beləliklə, baş nazir olmaq üçün əsas namizəd sayılan Serj Sarkisyana 53 deputatın "hə” deməsi kifayətdir. Nəzərə alsaq ki, Respublika Partiyasının parlamentdə 58 deputat kürsüsü var, onda heç koalisiya ortağı daşnaklara müraciət etmədən də, bu seçkini keçirmək olar. Maraqlıdır ki, seçkilərdə özünü müxalifət kimi qələmə verən "Tsarukyan” blokunun səsi kimin tərəfində olacaq”-deyə qəzet yazır.
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR