“Ermənistanı dövlət kimi tanımırıq” – Pakistan Senatının sədr müavini

“Ermənistanı dövlət kimi tanımırıq” – Pakistan Senatının sədr müavini

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”.

APA-nın xəbərinə görə, bu sözləri Bakıda "2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.
O bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanı bir dövlət kimi tanımır: "Pakistanla Azərbaycan qardaş ölkələrdir. Azərbaycan hər zaman bu qardaşlığa böyük önəm verir. Biz də Azərbaycana qardaşlıq münasibətimizi əsirgəməyəcəyik. İstənilən məsələdə Azərbaycanın yanında olacağıq”.
 
Aktual.az
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR