“Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub” - Siyavuş Novruzov

“Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub” - Siyavuş Novruzov

"Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib. İndi də Ermənistandan sığınacaq alıb”.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, hazırda kimlərin satqın olduğu aydın görünür: "Baxın görün, satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalıyıq, qətiyyətli olmalıyıq. Biz bunlara son qoymalıyıq”.
 
Aktual.az 
Xəbər 740 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR