Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu

Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu

Ermənistanın ali təhsil müəssisələrinin tələbləri aprelin 23-dən tətil elan edərək dərslərə girməyiblər.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.
Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.
Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.
 
Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR