Ermənistanda səs-küylü QƏTL - Hadisənin səbəbi gizlədilir

Ermənistanda səs-küylü QƏTL - Hadisənin səbəbi gizlədilir
  • DÜNYA

Ermənistanın Qexarkunik vilayətinin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyanı güllələyən şəxs saxlanılıb.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, Akobyanı vilayət sakini Mexak Harutyunyan qətlə yetirib.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaları davam etdirir. 

Qətlin hansı səbəbdən baş verməsi haqda açıqama verilməyib. Dövlət qurumları hadisəni ört-basdır etməyə çalışırlar.

Qeyd edək ki, yanvarın 7-də Ermənistanın Qexarkunik vilayətində atışma baş verib. İnsident zamanı vilayətin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyan güllələnib. 

Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Aktual.az 
Xəbər 203 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR