Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar

Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar

Ermənistanda Dövlət Gəlirləri Komitəsində davam edən kadr dəyişiklikləri seçkiqabağı dövrdə siyasi rəng almağa başlayır.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

"Bizim məlumatlara əsasən, Qafan vergi idarəsinin rəisi David Qalumyan tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə nazirliyin digər əməkdaşı - David Davtyan təyin olunub. Yeri gəlmişkən, əvvəllər David Davtyan İrəvan və Gümrüdə vergi şöbəsinin rəisi işləyib. O, İcevan merinin qohumudur". 

Nəşr qeyd edib ki, bundan başqa cəmi bir neçə gün Arabkirin vergi idarəsinin rəis müavini işləmiş Surik Eloyan indi Erebuninin vergi idarəsinin rəisi vəzifəsinə təyin edilib:

"Maraqlıdır, görəsən, o neçə saat bu postda qalacaq? Komitədə Arutyunyanın kadr dəyişikliyini bu cür izah edirlər: yeni təyin olunmuş rəis idarəyə öz adamlarını gətirir, onlar isə bir qayda olaraq güclü, bacarıqlı kadrlar deyil", - nəşr yazıb.
 
Aktual.az 
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR