Ermənistanda Sarkisyana qarşı etirazlar artır

Ermənistanda Sarkisyana qarşı etirazlar artır
  • DÜNYA

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda sosial gərginlik günü-gündən artır. Hökumət binası qarşısına toplaşan bir qrup vətəndaş hakimiyyətdən onların problemləri ilə maraqlanmağı tələb edib. Aksiya iştirakçılarına fəaliyyəti dayandırıldığı üçün işsiz qalan Nairit Kimya zavodunu əməkdaşları da qoşulublar.

İrəvanda bir qrup vətəndaş iki gündür hökumət binası qarşısında müddətsiz aksiya keçirir. Onlar yaşadıqları binaların təmirini tələb edirlər. "Haykakan Jamanak” qəzetinin məlumatına görə, sakinlər məsələ ilə bağlı dəfələrlə şəhər merinin qəbulunda olunublar. Verilən vədlər isə illərdir həllini tapmır. Sakinlər deyir ki, sovet dövründə tikilən binalar artıq yaşayış üçün tam yararsızdır. Təcili təmir işləri aparılmasa, hər an qəza baş verə bilər.

Bu insanlar həm də, işsizlikdən təngə gəliblər. Ermənistanda hər il müşahidə olunan iqtisadi geriləmə olan-qalan iş yerlərinin də bağlanması ilə nəticələnib. Ötən ilin sonlarında ölkənin ən böyük kimya zavodunun iflası açıqlandı. Evləri qəzalı vəziyyətdə olan binanın sakinlərinin etirazı zamanı "Nairit”in zavodunun əməkdaşları da hökumət binası qarşısında aksiya keçirib.

Şüşə zavodunun 60 əməkdaşı da eyni vaxtda hökumət binası qarşısında etiraz aksiyası keçirib. İki il altı aydır əmək haqlarının alınması üçün mübarizə aparan bu insanlara da hər dəfə vədlər verilir. Artıq bu cür yaşamaqdan yorulduqlarını deyən Ermənistan vətəndaşları hökumətdən onların problemləri ilə maraqlanmağı tələb edirlər. (Azərtac)
 
Aktual.az
Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR