Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi təklif olunur

Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi təklif olunur

Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, K.Karapetyan qeyd edib: "Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir".

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR