Ermənistanda korrupsiya faktları artıb

Ermənistanda korrupsiya faktları artıb
  • DÜNYA

 2017-ci ildə Ermənistanda 634 korrupsiya faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "News.am" ölkə polisinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu rəqəm 2016-cı ildə qeydə alınmış korrupsiya halları ilə müqayisədə 48,1 faiz çoxdur.
Ötən il bu ölkədə həmçinin 163 rüşvət faktı aşkarlanıb. Halbuki 2016-cı ildə bu rəqəm 71 fakt təşkil edib.
Polisin hesabatında qeyd edilib ki, müvafiq dövrdə 166,250 cinayət materialı hazırlanıb və 7155 cinayət işi qaldırılıb.
 
Aktual.az
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR