Ermənistanda həbsxanada məhbuslar qiyam edib

Ermənistanda həbsxanada məhbuslar qiyam edib
  • DÜNYA

 Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.
Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.
Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb. 
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR