Ermənistanda etiraz aksiyaları yenidən başlayıb - VİDEO

Ermənistanda etiraz aksiyaları yenidən başlayıb - VİDEO

Ermənistanda müxalifət tərəfdarları səhər saatlarından etiraz aksiyalarını bərpa ediblər.


"Report" TASS-a istinadən xəbər verir ki, nümayişçilər artıq Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar və liderləri Nikol Paşinyanın ölkənin baş naziri seçilməsini tələb edirlər.

"Respublikaçılar Partiyasının baş nazir postuna namizədini irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır", - nümayişçilərin liderlərindən biri olan David Sanasaryan bildirib.

Müxalifət tərəfdarları həmçinin Zvartnots hava limanına gedən yolu da bağlayıblar.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR