Ermənistanda daha bir etiraz aksiyası

Ermənistanda daha bir etiraz aksiyası

Ermənistanda "Lydian International” dağ-mədən şirkətinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

"Report” "Sputnik”ə istinadən xəbər verir ki, onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər.
"Lydian International” şirkətinin əməkdaşları onların işinə mane olmamağı istəyiblər. Şirkət əməkdaşları əllərində "Amulsar əməkdaşları-ən yaxşı ekoloqlar!” şüarı tutublar. Şirkət nümayəndəsi isə bildirib ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır.
Qeyd edək ki, bu yataq ABŞ-ın "Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir.

Xatırladaq ki, cari il iyunun əvvəlində Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçiriblər. Onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər.
Qndevaz kəndinin sakinləri içməli suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərini dəstəkləyirlər.

Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR