Ermənistanda 75 dərəcə isti olacaq

Ermənistanda 75 dərəcə isti olacaq
  • DÜNYA

"Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”.

Aktual.az xəbər verir ki, bunu Ermənistan Hidrometeorologiya Mərkəzinin Meteoroloji proqnozlar bölməsinin rəisi Qaqik Surenyan "Facebook” səhifəsində ölkə əhalisinə müraciətində yazıb.
"Xahiş edirəm ki, mənə termometrlərin +50, +55, +60 dərəcəni, günəş altında maşınlarının qaynatmasını əks etdirən fotolarını göndərməyin. Havanın temperaturu kölgədə ölçülür. Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik də qeydə alına bilər”.
Məlumata görə, avqustun 4-8-də Ararat vadisində, Yerevanda gündüz 39-41 dərəcə istilik olacağı gözlənilir. Bu günlərdə havanın temperaturunun normadan 5-6 dərəcə çox olacağı ehtimal edilir. (Report)
 
Aktual.az 
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR