Ermənistana zenit-raket keçirməyə çalışan erməni saxlanılıb

Ermənistana zenit-raket keçirməyə çalışan erməni saxlanılıb

 
Ermənistana zenit-raket keçirməyə çalışan şəxs saxlanılıb.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən axtarışda olan Ermənistan sakini, 1977-ci il təvəllüdlü Robert ələ keçirilib. O, Ermənistana "İqla” zenit-raket kompleksini keçirməktə ittiham olunur.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ölkəyə "İqla” zenit-raket kompleksi keçirməyə çalışan 3 nəfər barədə axtarış elan edib. Kompleksin Gürcüstan ərazisindən keçirildiyi güman edilir. Gürcüstan DİN məlumatın hələ ki dəqiqləşmədiyini, ermənistanlı həmkarlarıyla bu sahədə sıx əməkdaşlıq etdiklərini açıqlayıb.
 
Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR