Ermənistana gedən avtobus qəza törətdi: Beş azərbaycanlı öldü

Ermənistana gedən avtobus qəza törətdi: Beş azərbaycanlı öldü
  • DÜNYA

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

Aktual.az-ın APA-ya istinadən məlumatına əsasən, Rusiyadan Ermənistana gedən "Mercedes Neoplan” avtobusu Tbilisidə "Quru  körpü” yaxınlığında "Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  
Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 
 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR