Ermənistan XİN sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”

Ermənistan XİN sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”

 "Ermənistan Türkiyənin yenidən prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.

"Report” "Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: "Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan, eləcə də sədri olduğu Ədalət və İnkişaf Partiyası bu siyasi kampaniyanın qalibi olub.  
 
Aktual.az
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR