Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşdülər - Foto

Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşdülər - Foto

Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan "Twitter”səhifəsində yazıb.

Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, "Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.
image description
image description
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR